O, bu sözləri Cəmil Hərməz, Fələstinin Azadlığı üçün Xalq Cəbhəsi baş katibinin müavini və müşayiət edən nümayəndə heyəti ilə görüşündə deyib.
Pezeşkiyan bildirib ki, məzlumları, xüsusilə də Fələstin xalqını müdafiə etmək, İslam İnqilabının təlimlərindən qaynaqlanan, sabit və dəyişməz bir prinsipdir. Bu prinsip İmam Xomeyni (rəhmətullah) və Ali Rəhbər Ayətullah Xameneinin yolunu davam etdirərək İranın xarici siyasətinin əsasında dayanır.
Prezident qeyd edib ki, sionist rejimin amansız cinayətləri və Fələstin xalqının acınacaqlı durumu, İslam ölkələri arasında birliyin və koordinasiyanın olmaması ilə birbaşa əlaqəlidir. Bu səbəbdən, İran region məsələlərində və xüsusilə Fələstin mövzusunda birgə baxış və mövqe formalaşdırmaq üçün səylərini artırır.
Pezeşkiyan vurğulayıb ki, İslam dünyasındakı parçalanma və təfriqə düşmənlərin planları nəticəsində baş verir və bu planların məqsədi İslam ölkələrini bir-birinə qarşı qoymaq, təbii sərvətlərini istismar etmək və bölgəyə silah və müharibə alətləri doldurmaqdır. Bu proses həmçinin Qəzzada və digər İslam torpaqlarında sionist rejim üçün təhlükəsiz mühit yaradır.
O, bildirib ki, İranın beynəlxalq toplantılardakı əsas prioritetlərindən biri də Fələstin xalqını müdafiə etməkdir. Prezident, Fələstin Xalq Cəbhəsinin həbsdə olan liderlərinin azadlığı və sağlamlığı üçün dua etdiyini də əlavə edib.
Cəmil Hərməz öz növbəsində, İranın Fələstin məsələsinə verdiyi davamlı və prinsipial dəstəyə görə təşəkkürünü bildirib və İmam Xomeyni (rəhmətullah) xəttini davam etdirən İranın rolunu “təyinedici və nüfuzlu” adlandırıb. O, vurğulayıb ki, bugünkü çətin dövrdə İslam dünyasının daha da birləşmiş və ardıcıl mövqeyə ehtiyacı var və İran bu birliyin mərkəzi dayaqlarından biridir.
Sizin rəyiniz